ABŞ-də 16 yaşlı yeniyetmə məktəbə silahlı hücum etdi: Dörd nəfər ölüb

ABŞ-də 16 yaşlı yeniyetmə məktəbə silahlı hücum etdi: Dörd nəfər ölüb

ABŞ-nin Oreqon ştatında yerləşən ibtidai məktəbdə silahlı hücum baş verib. Hadisə nəticəsində üç uşaq və bir müəllim həyatını itirib, daha iki nəfər ağır yaralanıb.

Xəbəraxını BBC-yə istinadən xəbər verir ki, hadisə Bend şəhərindəki Silver Rail ibtidai məktəbində qeydə alınıb. Məlumata görə, 16 yaşlı silahlı yeniyetmə məktəbə daxil olaraq insanlara atəş açıb.

Həlak olan uşaqların 5, 8 və 11 yaşlarında olduğu, ölən müəllimin isə 54 yaşında olduğu bildirilir. Hücum zamanı 7 yaşlı uşaq və daha bir müəllim də ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Polisin məlumatına görə, hadisə yerində olan bir sakin silahlı yeniyetmənin ardınca məktəbə daxil olaraq ona atəş açıb. Hücum edən şəxs aldığı güllə yarasından ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda hücumun səbəbləri, eləcə də yeniyetmənin məktəblə əlaqəsinin olub-olmaması araşdırılır.

Faciədən sonra məktəbin yerləşdiyi Bend-La Payn təhsil dairəsində növbəti gün üçün dərslər və məktəbdənkənar fəaliyyətlər ləğv edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir