Bakıda beynəlxalq konfransın yekununda Bəyannamə qəbul edilib

Bakıda beynəlxalq konfransın yekununda Bəyannamə qəbul edilib

Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olunub.

Xəbəraxını xəbər verir ki,  tədbirdə 40-dan çox ölkənin parlament nümayəndə heyəti, 10-dan artıq ölkənin parlament sədri və 10 beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər. Konfransda parlamentlərarası əməkdaşlıq vasitəsilə İƏT-ə üzv dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi məsələləri müzakirə olunub.

Konfransın yekununda qəbul edilən Bakı Bəyannaməsində regional münaqişələrin sülh yolu ilə həlli və İslam dünyasında əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Sənəddə BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suveren bərabərliyinə, ərazi bütövlüyünə, eləcə də mübahisələrin dinc vasitələrlə həllinə sadiqlik bir daha təsdiqlənib.

Bəyannamədə parlamentlərarası əlaqələrin gücləndirilməsi, üzv ölkələr arasında dialoq və qarşılıqlı anlaşmanın inkişaf etdirilməsi, qlobal çağırışların həllində birgə fəaliyyətin artırılması da vurğulanıb.

Konfrans iştirakçıları tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana minnətdarlıqlarını bildiriblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir