Rəşad Məcid Mətbuat Şurasının İdarə Heyətindən gedir – Namizədlərin siyahısı

Rəşad Məcid Mətbuat Şurasının İdarə Heyətindən gedir – Namizədlərin siyahısı

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. Tədbirdə Mətbuat Şurasının İdarə Heyətinə yeni üzvlərin seçilməsi də gözlənilir.

Xəbəraxını xəbər verir ki, bu barədə Qafqazinfo məlumat yayıb.

Qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdiyi namizəd anketləri əsasında İdarə Heyətinə namizədlərin siyahısı açıqlanıb.

Jurnalistlər arasından namizədlər:

  1. Hacıbəy Heydərli – “Azxeber.com”
  2. Orxan Amaşov – AnewZ
  3. Səadət Məmmədova – ATV
  4. Nurşən Quliyev – APA
  5. Vüqar Rəhimzadə – “İki sahil”
  6. Elşad Eyvazlı – Modern Media Qrupu
  7. Vəfa Həmzəyeva – Real TV
  8. Elmira Musazadə – CBC
  9. Seyfəddin Hüseynli – “525-ci qəzet”
  10. Qalib İbrahimoğlu – “Bakivaxti.az”
  11. Fərid Şahbazlı – “Editor.az”
  12. Elçin Alıoğlu – “Trend”
  13. Anar Tahirov – “Bizim.media”
  14. Hümbət Musayev – “Xalq qəzeti”
  15. Aqil Camal – “Türküstan”
  16. Ələsgər Süleymanov – “Yeni Müsavat”
  17. Rey Kərimoğlu – “Qaziler.az”
  18. Səbuhi Abbasov – “7news.az”
  19. Rafail Becanov – “Cümhuriyyət”
  20. Əli Həziquliyev – “Elçi”
  21. Əli İbrahimov – “Xalq cəbhəsi”
  22. Telman İsa – “Aktor.az”
  23. Əli Vəliyev – “Manset.az”
  24. Famil İbrahimov – “Manset.az”
  25. Mübariz Göyüşlü – “Crossmedia.az”
  26. Əfsələddin Ağalarov – “Azxeber.com”
  27. Şakir Ağayev – “Novoye vremya”
  28. Hafiz Heydərov – “Lent.az”

İctimaiyyət nümayəndələri arasından namizədlər:

  1. Vüqar Zifəroğlu – Bakı Dövlət Universiteti
  2. Müşfiq Ələsgərli – Jurnalistlərin Həmkarlar İttifaqı
  3. Əminə Yusifqızı – veteran jurnalist
  4. Bəhruz Məmmədzadə – “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyi
  5. Fərid Pərdəşünas – Technote Media Şirkəti
  6. Könül Niftəliyeva – Bakı Dövlət Universiteti
  7. Ayaz Mirzəyev – “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi
  8. Azər Həsrət – Bayraqdar Media
  9. Yeganə Hacıyeva – Gənc Demokratlar İnstitutu
  10. Emil Həsənli – hərbi ekspert
  11. Nadir İsmayılov – CASCFEN
  12. Xanoğlan Əhmədov – “Media və Mülki Cəmiyyət” İctimai Birliyi
  13. Vüqar Oruc – Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti
  14. Niyaməddin Orduxanlı – ƏHD Partiyası
  15. Rəhim Hüseynzadə – veteran jurnalist
  16. Zaur İbrahimli – politoloq
  17. Qafar Çaxmaqlı – tədqiqatçı jurnalist
  18. Şəmsiyyə Kərimova – veteran jurnalist

Məlumata görə, Mətbuat Şurasının hazırkı İdarə Heyətinin üzvlərindən Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Ceyhun Musaoğlu, Akif Aşırlı və Yadigar Məmmədli namizədliklərinin seçki bülleteninə daxil edilməməsini xahiş ediblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir