Xırdalan şəhərində noyabrın 2-də itkin düşən və ötən gecə tapılan 12 yaşlı Mələk İmanovanın evdən ayrılmasının səbəbi bəlli olub.
Xəbəraxını xəbər verir ki, əldə edilən məlumata görə, azyaşlının evdən getməsinə anasından inciməsi səbəb olub.
İddialara əsasən, ana ilə qızı arasında mübahisə yaranıb və bundan sonra Mələk mənzili tərk edib.
Məlumatda bildirilir ki, qız daha sonra marşrut avtobusuna minib və Nizami rayonu ərazisində düşüb. Telefonu bağlı olduğundan onunla əlaqə saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, Mələk İmanova noyabrın 2-də saat 19:35-də Xırdalan şəhərində yerləşən “Kristal 1” yaşayış kompleksindəki evindən çıxıb və geri qayıtmayıb. Atası Zakir İmanov polisə müraciət edərək qızının tapılması üçün kömək istəyib.
Azyaşlının noyabrın 3-də gecə saatlarında tapıldığı barədə məlumat yayılıb.
