XİN Esvatinin Milli Günü münasibətilə təbrik edib

XİN Esvatinin Milli Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib.

XİN bununla bağlı sosial şəbəkə hesablarında paylaşım yayıb.

“Milli Bayram münasibətilə Esvatini Krallığının xalqına və hökumətinə səmimi təbriklər! Milli Bayramınız mübarək!”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, Esvatini 6 sentyabr 1968-ci ildə Böyük Britaniyadan müstəqillik əldə edib. Ölkə 2018-ci ilə qədər Svazilend adlanıb. Esvatinin Müstəqillik Günü hər il sentyabrın 6-da qeyd olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir