Bakının Xəzər rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı narkokuryerlikdə şübhəli bilinən 26 yaşlı V. Cəbrayılov saxlanılıb. Onun üzərindən ümumilikdə 33 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri müxtəlif ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə V. Cəbrayılov barəsində həbs qətimkan tədbiri seçilib.
