WhatsApp-da 100 manat vəd edən mesajlar yayılır – Vətəndaşlara XƏBƏRDARLIQ

WhatsApp-da 100 manat vəd edən mesajlar yayılır – Vətəndaşlara XƏBƏRDARLIQ

“WhatsApp” vasitəsilə Azərbaycan vətəndaşlarına Prezidentin adından 100 manat məbləğində pul mükafatı vəd edən saxta mesajlar göndərilir.

Xəbəraxını xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyinin məlumatına istinadən xəbər verilib.

Bildirilib ki, qarşıdan gələn Zəfər Günü ilə əlaqədar yayılan mesajlarda istifadəçilərə pul mükafatı veriləcəyi iddia olunur. Mesajlarda vətəndaşları aldatmaq məqsədilə zərərli keçidlərdən də istifadə edilir.

Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşları dövlət qurumlarının və rəsmi şəxslərin adından göndərilən şübhəli mesajlara qarşı diqqətli olmağa, bu cür məlumatları rəsmi mənbələrdən yoxlamağa çağırıb.

Qeyd edək ki, şübhəli keçidlərə daxil olmaq şəxsi məlumatların və hesabların təhlükəsizliyi üçün risk yarada bilər. Buna görə də istifadəçilərə naməlum linkləri açmamaq və şəxsi məlumatlarını paylaşmamaq tövsiyə olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir