Türkiyənin Bursa şəhərində işləyən 26 yaşlı azərbaycanlı gənc bədbəxt hadisə nəticəsində həyatını itirib. Ağdam rayonundan olan Vüsal Nəbiyev iş yerində dəmirüyüdən aparata düşərək ağır xəsarətlər alıb.
Xəbəraxını xəbər verir ki, hadisə Bursa şəhərində qeydə alınıb. İlkin məlumata görə, Vüsal Nəbiyev işlədiyi müəssisədə dəmirüyüdən aparata düşüb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi bildirilir.
Mərhumun nəşi Azərbaycana gətirilib və dəfn olunub.
