Türkiyəli deputat Mustafa Sarıgülün ailəsi ilə bağlı çirkli pulların yuyulması şübhəsi üzrə araşdırmada yeni iddialar ortaya çıxıb. İş materiallarında cinsi zorakılıq iddiaları və siyasətçiyə aid olduğu deyilən intim görüntülərin cinayətkar qrupların əlinə keçməsi barədə məlumatlar da yer alıb.
Xəbəraxını xəbər verir ki, “Hürriyet”ə A. Turqut ifadəsində 2005-ci ildə Şişli bələdiyyəsində sürücü işlədiyini, 2009–2010-cu illərdə isə Mustafa Sarıgülün şəxsi sürücüsü olduğunu bildirib.
O, 2024-cü ildə sosial şəbəkələrdə yayılan görüntülərin çəkilməsində iştirakının olmadığını vurğulayıb.
A. Turqutun iddiasına görə, gizli kamera siyasətçidən maddi qazanc əldə etmək istəyən Firuzan adlı xadimə tərəfindən quraşdırılıb. Onun sözlərinə əsasən, görüntülər sonradan mafiya nümayəndələrinin əlinə keçib və onlar Sarıgüldən pul tələb ediblər.
Keçmiş sürücü işlədiyi dövrdə siyasətçinin evində dəfələrlə şübhəli hesab etdiyi hadisələrin şahidi olduğunu da iddia edib.
Onun ifadəsində səsləndirdiyi məlumatların videoçəkilişlərin necə lentə alınması və yayılması hallarının araşdırıldığı istintaq materiallarına daxil edildiyi bildirilir.
Qeyd edək ki, bunlar istintaq çərçivəsində səsləndirilən iddialardır və onların doğruluğu barədə yekun hüquqi nəticə təqdim olunan məlumatda göstərilmir.
