Trampdan sensasion iddia: Ukraynalı qızın qatili həbsdən azad edilib

Trampdan sensasion iddia: Ukraynalı qızın qatili həbsdən azad edilib

ABŞ Prezidenti Donald Tramp Şimali Karolina ştatında ukraynalı İrina Zarutskayanı qətlə yetirməkdə şübhəli bilinən şəxsin əvvəllər həbsdən azad edildiyini iddia edib.

Xəbəraxını  xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında yazıb.

ABŞ prezidenti bildirib ki, ştatın qubernatoru Roy Kuper sonradan İrina Zarutskayanın ölümünə səbəb olan şəxsin azadlığa buraxılmasına qərar verib. Tramp, həmçinin koronavirus pandemiyası dövründə daha 83 məhbusun həbsdən azad edildiyini və onların sonradan 25 nəfərin ölümünə səbəb olduğunu iddia edib.

Qeyd edək ki, İrina Zarutskaya 2025-ci il avqustun 22-də Şarlott şəhərində ictimai nəqliyyatda bıçaqlı hücum nəticəsində həyatını itirib. Cinayətdə şübhəli bilinən Dekarlos Braun əvvəllər silahlı quldurluğa görə məhkum olunub.

2026-cı ilin iyununda keçirilən psixiatrik ekspertiza zamanı onun məhkəmə prosesində iştirak etmək qabiliyyətinin olmadığı müəyyən edilib. Müalicədən sonra məhkəmədə iştirak etmək qabiliyyətinə malik olduğu təsdiqlənərsə, iş üzrə məhkəmə prosesi davam etdiriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir