Sezen Aksu xəstəxanaya yerləşdirildi – səhhəti ilə bağlı açıqlama

Sezen Aksu xəstəxanaya yerləşdirildi – səhhəti ilə bağlı açıqlama

Türkiyənin məşhur müğənnisi Sezen Aksunun bir neçə gün əvvəl İstanbulun Nişantaşı rayonundakı özəl xəstəxanalardan birində müalicə aldığı məlum olub.

Xəbəraxını Hürriyet.com- a istinadən xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, 72 yaşlı sənətçi səhhətində yaranan narahatlıqdan sonra xəstəxanaya müraciət edib və burada tibbi müayinələrdən keçirilib.

Məlumata əsasən, Sezen Aksuya biopsiya aparılıb və o, təxminən üç gün həkim nəzarətində saxlanılıb. Sənətçinin təxminən iki həftə əvvəl xəstəxanadan evə buraxıldığı bildirilir.

Jurnalist Mehmet Üstündağın açıqlamasına görə, Aksunun xəstəxanada qalması qadın sağlamlığı ilə bağlı bir narahatlıq səbəbilə aparılan müayinələrlə əlaqəli olub. Lakin biopsiyanın hansı səbəbdən həyata keçirildiyi və nəticəsinin nə olduğu barədə rəsmi məlumat açıqlanmayıb.

Hazırda Sezen Aksunun səhhətinin yaxşı olduğu və evində istirahət etdiyi bildirilir. Sənətçinin özü və ya yaxınları tərəfindən xəstəliklə bağlı rəsmi açıqlama verilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir