Sentyabrın 15-də hava necə olacaq?

Sentyabrın 15-də hava necə olacaq?

Sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman müşahidə oluna bilər. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22°, gündüz isə 27-32° isti olacaq.

Ölkə rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Bununla belə, gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 17-20°, gündüz 30-34° isti təşkil edəcək. Dağlıq ərazilərdə gecə 12-17°, gündüz isə 22-27° isti olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir