Şahzadə Harri anası Diananın xatirəsinə sənədli film çəkdirə bilər

Şahzadə Harri anası Diananın xatirəsinə sənədli film çəkdirə bilər

Sasseks hersoqu Şahzadə Harri anası, Uels şahzadəsi Diananın xatirəsinə həsr olunmuş sənədli film hazırlamağı planlaşdırır.

Xəbəraxını.com xəbər verir ki , bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Məlumata görə, Şahzadə Harri sənədli filmin nümayişinin anası Diananın ölümünün 30-cu ildönümünə təsadüf etməsini istəyir. Diana 31 avqust 1997-ci ildə vəfat edib.

Britaniya kral ailəsinin üzvü hesab edir ki, belə bir layihə anasının irsini “ən mənalı şəkildə” yad etməyə imkan verə bilər.

Nəşrin məlumatına əsasən, Harri Diananın dostları və ailə üzvləri, o cümlədən qardaşı Erl Spenserlə əlaqə saxlayaraq onların sənədli filmdə iştirak etmək istəyib-istəmədiklərini soruşub.

Bununla belə, mənbə qeyd edib ki, layihə ilə bağlı hələ yekun qərar qəbul edilməyib. Şahzadə Harri hazırda anasının xatirəsini yad etmək üçün bir neçə variantı nəzərdən keçirir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir