Şahbuzda dəhşətli qəza: 3 nəfər öldü, 9 nəfər yaralandı

Şahbuzda dəhşətli qəza: 3 nəfər öldü, 9 nəfər yaralandı

Şahbuz rayonunun Gömür kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə dağlıq ərazidə qeydə alınıb. Hərəkətdə olan “Toyota Prado” markalı, 68-BE-050 dövlət qeydiyyat nişanlı avtomobil aşıb.

Qəza nəticəsində Şərur rayonunun Oğlanqala kənd sakinləri – 1975-ci il təvəllüdlü Nazim Abdullayev, onun 2017-ci il təvəllüdlü qızı F.Abdullayeva və 2006-cı il təvəllüdlü Pərvin Şıxəliyev həyatını itirib.

Hadisə zamanı daha 9 nəfər xəsarət alıb. Yaralananlar arasında 2025-ci il təvəllüdlü V.Şıxəliyeva, R.Abdullayev və U.İsmayılov, həmçinin 2004-cü il təvəllüdlü Nəzrin İsmayılova, 1985-ci il təvəllüdlü Sərraf Abdullayev, 2010-cu il təvəllüdlü Ceyran Abdullayeva, 2016-cı il təvəllüdlü F.Şıxəliyeva, 1983-cü il təvəllüdlü Vüsalə Abdullayeva və 2014-cü il təvəllüdlü G.Şıxəliyev var.

Xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir