“Sabah”la oyuna çıxacaq “Mançester Yunayted”in heyəti açıqlandı – ulduz futbolçular siyahıda

“Sabah”la oyuna çıxacaq “Mançester Yunayted”in heyəti açıqlandı – ulduz futbolçular siyahıda

“Sabah”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan “Mançester Yunayted”in Liqa mərhələsi üçün iştirak ərizəsi açıqlanıb.

İngiltərə klubunun UEFA-ya təqdim etdiyi heyətdə 25 futbolçu yer alıb.

Qapıçılar: Senne Lammens, Karl Darlou, Tom Hiton, Dermot Mi.

Müdafiəçilər: Dioqo Dalot, Nüsseyr Mazraui, Matteys de Liqt, Harri Maquayr, Lisandro Martines, Patrik Dorqu, Luk Şou.

Yarımmüdafiəçilər: Meyson Maunt, Bruno Fernandes, Andrey Santos, Yuri Tilemans, Karlos Baleba, Manuel Uqarte, Eyden Heaven.

Hücumçular: Markus Raşford, Mateus Kunya, Coşua Zirkze, Amad Diallo, Brayan Mbeumo, Taynan Tompson, Benjamin Şeşko.

“Mançester Yunayted” Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununu sentyabrın 10-da keçirəcək. İngiltərə təmsilçisi doğma meydanda Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir