Azərbaycan Premyer Liqasında IV tura start veriləcək

Azərbaycan Premyer Liqasında IV tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun oyunlarına start veriləcək.

Turun ilk günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu Qəbələdə keçiriləcək. Şəhərin eyniadlı komandası doğma meydanda “İmişli”ni qəbul edəcək. Matç saat 18:00-da başlayacaq.

Günün digər görüşündə isə “Kəpəz” Gəncə şəhər stadionunda “Şamaxı” ilə qarşılaşacaq. Oyunun start fiti saat 20:15-də səslənəcək.

Hazırda turnir cədvəlində “İmişli” 4 xalla 6-cı, “Kəpəz” 3 xalla 7-ci, “Şamaxı” 2 xalla 9-cu, “Qəbələ” isə 1 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, IV turun digər qarşılaşmaları sentyabrın 5-6-da oynanılacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir