Azərbaycanın yeniyetmə kikboksçusu Həsən Allahyarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən WAKO Dünya Kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançı yeniyetmələr arasında LK (Low Kick) versiyası üzrə 71 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Həsən Allahyarov turnir ərzində keçirdiyi bütün görüşlərdə rəqiblərinə qalib gələrək qızıl medal əldə edib.
Qeyd edək ki, WAKO Dünya Kuboku avqustun 27-dən 31-dək Budapeştdə təşkil olunub.
