Narkotik satan 2 nəfər saxlanılıb

Narkotik satan 2 nəfər saxlanılıb

Qobustan rayonunda keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları əvvəllər məhkum olunmuş 37 yaşlı Xaqani İbişov və 27 yaşlı Rəşad Quliyevi müəyyən edərək saxlayıblar. Onların üzərindən ümumilikdə 3 kiloqram narkotik vasitə aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər narkotik vasitələri satış məqsədilə İran vətəndaşından əldə ediblər.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir