Hindistan növbəti 10 il ərzində ölkədə 100 yeni hava limanının tikintisini planlaşdırır.
Mülki Aviasiya naziri Kinjarapu Ram Mohan Naidu bildirib ki, layihənin əsas məqsədi hava nəqliyyatını daha çox insan üçün əlçatan etmək və kiçik şəhərlərdə aviasiya infrastrukturunu genişləndirməkdir.
Proqramın həyata keçirilməsi üçün dövlət büdcəsindən 3 milyard dollardan çox vəsait ayrılacaq.
Nazirin sözlərinə görə, Hindistanın aviasiya sektoru son illərdə sürətlə inkişaf edib. Belə ki, ölkədə fəaliyyət göstərən hava limanlarının sayı 2014-cü ildəki 74-dən hazırda 166-ya çatıb.
Növbəti mərhələdə isə aviasiya infrastrukturunun daha da genişləndirilməsi və qarşıdakı 10 il ərzində əlavə 100 hava limanının istifadəyə verilməsi nəzərdə tutulur.
