Argentina Böyük Britaniyanı işğalçı adlandırıb

Argentina Böyük Britaniyanı işğalçı adlandırıb

Argentina Prezidenti Xavyer Miley Böyük Britaniyanın Malvinas (Folklend) adalarını işğal etdiyini və ərazi üzərində Argentina suverenliyinin bərpa edilməli olduğunu bildirib.

Miley televiziya ilə yayımlanan çıxışında adaların tarix və hüquq baxımından Argentinaya məxsus olduğunu deyib. Onun sözlərinə görə, Malvinas adaları ölkənin yaranmasından etibarən Argentina ərazisinin tərkib hissəsi olub.

Argentina lideri 1833-cü ildə Böyük Britaniyanın adaları işğal etdiyini, Argentina hakimiyyətini oradan çıxardığını və müstəmləkə idarəçiliyi yaratdığını iddia edib.

Miley həmçinin Malvinas ətrafında neft hasilatı ilə məşğul olan şirkətlərə qarşı yeni tədbirlər görüləcəyini açıqlayıb. O, adalar üzərində suverenliklə bağlı ölkəsinin mövqeyinin dəyişmədiyini vurğulayıb.

Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq isə Argentina prezidentinin açıqlamalarına cavab olaraq Falklend adalarının Britaniyaya məxsus olduğunu bildirib. Onun sözlərinə görə, adaların sakinləri özlərini britaniyalı hesab etməyi seçirlər və Londonun Falklend adalarına bağlılığı “mütləq və sarsılmazdır”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir