“Sabah” Çempionlar Liqasının tarixinə düşdü – 11 ölkədən futbolçu ilə rekord!

“Sabah” Çempionlar Liqasının tarixinə düşdü – 11 ölkədən futbolçu ilə rekord!

“Sabah” UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə diqqət çəkib. Bakı təmsilçisi turnirin tarixində start heyətinin seçimi ilə bağlı unikal nəticəyə imza atıb.

Xəbəraxını xəbər verir ki,  “OptaJoe”  yaydığı məlumata görə, “Sabah” ardıcıl üç oyunda start heyətində 11 müxtəlif ölkəni təmsil edən futbolçulara yer verən ilk komanda olub.

Paytaxt klubu turnirin ümumi mərhələsində “Mançester Yunayted”, “Slaviya Praqa” və “Borussiya Dortmund”la qarşılaşıb.

Həmin matçlarda heyət seçimi ilə bağlı qeydə alınan bu göstərici “Sabah”ın adını UEFA Çempionlar Liqasının tarixinə yazdırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir