Lerikdə qanunsuz qızıl axtarışı faciə ilə bitdi: Bir nəfər öldü, digəri saxlanıldı

Lerikdə qanunsuz qızıl axtarışı faciə ilə bitdi: Bir nəfər öldü, digəri saxlanıldı

Lerikin dağlıq ərazisində gecə saatlarında qanunsuz qızıl axtaran şəxslərlə bağlı hadisə faciə ilə nəticələnib. Polis tərəfindən müəyyən edilən üç nəfərdən biri qaçarkən qayalıqdan dərəyə yıxılaraq ölüb.

Xəbəraxını xəbər verir ki, bu barədə Oxu.Az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupuna istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə oktyabrın 20-də gecə saatlarında baş verib. Dağlıq ərazidə qanunsuz qazıntı işləri apararaq qızıl axtaran şəxslər saxlanılarkən müqavimət göstərib və qaçmağa cəhd ediblər.

Bu zaman R. Səfərov adlı şəxs qayalıqdan dərəyə yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər şəxs E. Kərimov isə saxlanılıb.

Hadisə yerindən deşici alətlər, eləcə də dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkarlanaraq götürülüb.

Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir