Sabah Bakıda yağış gözlənilir

Sabah Bakıda yağış gözlənilir

Oktyabrın 13-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Paytaxtda əsasən yağmursuz hava proqnozlaşdırılsa da, şəhərətrafı ərazilərdə qısamüddətli yağış ehtimalı var.

Xəbəraxını xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə 17-20, gündüz isə 22-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla belə, gecə və səhər şərq rayonlarında, axşam saatlarında isə bəzi ərazilərdə yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi mümkündür. Gecə və səhər bəzi ərazilərdə duman müşahidə ediləcək.

Rayonlarda havanın temperaturu gecə 14-18, gündüz 23-27 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 4-9, gündüz 13-18 dərəcə isti gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir