Şəmkir rayonunda 2013-cü ildə baş vermiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin yaydığı birgə məlumata görə, 2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.
Hadisə ilə bağlı polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli tamah məqsədilə törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Xəyal Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
