Şəhid xanımı binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb

Şəhid xanımı binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb

Yevlaxda qadın yaşayış binasının 4-cü mərtəbəsindən yıxılaraq həyatını itirib.

Məlumata görə, Kəlbəcər rayon sakini, 1935-ci il təvəllüdlü Qərənfil Məmmədova binanın 4-cü mərtəbəsindən yıxılıb.

Ağır vəziyyətdə Yevlax Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Qeyd edək ki, vəfat edən Qərənfil Məmmədova Birinci Qarabağ müharibəsində şəhid olan Yunis Məmmədovun həyat yoldaşı olub.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir