Rusiyanın Amur vilayətində hərbi təyyarə qəzaya uğrayıb.
Xəbəraxını “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Krasnoyarovo kəndi ərazisində baş verib.
İlkin məlumata görə, “Tu-154” tipli təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.
Bildirilir ki, qəza zamanı təyyarənin göyərtəsində ümumilikdə 7 nəfər olub.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
