Azərbaycanın avtomobil elanları platformalarında xüsusi kombinasiyalı dövlət qeydiyyat nişanlarının yüksək qiymətlərə satışa çıxarılması diqqət çəkir.
Xəbəraxını xəbər verir ki, bəzi nömrələrin satış qiyməti paytaxtda mənzillərin qiyməti ilə müqayisə ediləcək səviyyəyə çatıb.
Elanlarda ən yüksək qiymət 10 MC 010 dövlət qeydiyyat nişanına qoyulub. Sözügedən nömrə 600 min AZN-ə satışa çıxarılıb.
Siyahıda ikinci yerdə 10 AS 555 nömrəsi qərarlaşıb. Xüsusi rəqəm kombinasiyası ilə seçilən bu qeydiyyat nişanı 200 min AZN-ə təklif olunur.
10 TT 222 nömrəsi isə 160 min AZN qiymətlə satışdadır.
Bundan başqa, elanlarda 10 CD 333 nömrəsi 115 min AZN, 10 AA 969 və 10 ZY 100 dövlət qeydiyyat nişanlarının hər biri isə 110 min AZN-ə təklif edilir.
