Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun ulduz hücumçusu Kriştianu Ronaldu barəsində tətbiq edilən sanksiyaların yüngülləşdirilməsinə çalışır.
Xəbəraxını xəbər verir ki, bu barədə Portuqaliyanın “Record” nəşri məlumat yayıb.
41 yaşlı futbolçu müraciətində futbolun inkişafına verdiyi töhfələri və idman sahəsində qazandığı nailiyyətləri əsas gətirərək cəzanın yüngülləşdirilməsini istəyib.
Məlumata görə, Ronaldu UEFA Millətlər Liqası çərçivəsində Norveç yığması ilə keçirilən və Portuqaliyanın 2:1 hesablı qələbəsi ilə başa çatan oyundan sonra milli komandanın düşərgəsini icazəsiz tərk edib.
Bu hadisədən sonra Portuqaliya Futbol Federasiyası hücumçunu bir aylıq diskvalifikasiya edib və 255 avro məbləğində cərimələyib.
