Xəbəraxını xəbər verir ki, Bakının Xəzər rayonunun Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadə həyatını itirib.
Məlumata görə, gənc qadın bıçaq xəsarətləri nəticəsində öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. Hadisənin motivi və cinayətin hansı şəraitdə baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilir.
Qeyd edək ki, qətlə yetirilən Fatimə Rəhmanzadənin fotosu da yayılıb.
