ABŞ Prezidenti Donald Trampın yaratdığı “Sülh Şurası” Qəzzanın altı aylıq bərpası və yenidən qurulması üçün 2,45 milyard dollar dəyərində plan təqdim etməyə hazırlaşır.
Xəbəraxını.com xəbər verir ki, 23 sentyabrda “Sülh Şurası” üzvlərinin toplantısında təqdim olunması nəzərdə tutulan plan 66 layihəni əhatə edir.
Layihədə müvəqqəti yaşayış məntəqələrinin yaradılması, dağıntıların təmizlənməsi, xəstəxanaların təmiri, iqtisadiyyatın bərpası və çoxmillətli təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi üçün vəsait ayrılması nəzərdə tutulur.
Plana əsasən, Qəzzanın fiziki zərərinin təxminən 35,2 milyard dollar olduğu hesablanır. Ərazinin tam bərpası və yenidən qurulması üçün isə növbəti 10 il ərzində təxminən 71,4 milyard dollar tələb oluna bilər.
Məlumata görə, planın həyata keçirilməsi üçün İsrail və HƏMAS-ın əməkdaşlığı vacibdir. Bununla yanaşı, 2,45 milyard dollarlıq vəsaitin hamısının hələ təmin edilmədiyi bildirilir.
