Əhv edilmiş yeganə qadın məhkum

Əhv edilmiş yeganə qadın məhkum

Prezidentin Sərəncamı ilə əfv edilmiş Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb.

Xəbəraxını.com “Qafqazinfo” ya istinadən verir ki, xanım məhkum bu gün 4 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilib.

Ədliyyə Nazirliyin Penitensiar xidmətinin rəis müavini general-mayor Oqtay Məmmədov keçmiş məhkuma gələcək həyatında uğurlar arzu edib.

Sonia əfv Sərəncama görə ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirib.

Qeyd edək ki, Sabir Sonia bu gün əfv edilən yeganə qadın məhkumdur. O, quldurluqda təqsirli bilinərək, 8 il həbs cəzasına məhkum edilib. Cəzasının çəkilməmiş 6 ayından azad olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir