Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı 31 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Xəbəraxını.com xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbir nəticəsində narkokuryerlikdə şübhəli bilinən P.Mustafayev və Ə.İsmayılov saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri müxtəlif ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. (Hafta.az News)
