Publik hüquqi şəxslərin rəhbərlərinin maaşı müəyyənləşdi – MƏBLƏĞLƏR

Publik hüquqi şəxslərin rəhbərlərinin maaşı müəyyənləşdi – MƏBLƏĞLƏR

Dövlət büdcəsindən maliyyələşən bir sıra publik hüquqi şəxslərin rəhbər və rəhbər müavinlərinin aylıq vəzifə maaşları müəyyən edilib.

Xəbəraxını xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, dövlət orqanlarının və tabeliyində olmayan publik hüquqi şəxslərin nəzdində yaradılan, dövlət adından təsis edilmiş və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbərləri üçün aylıq vəzifə maaşı 3600 manat müəyyənləşdirilib.

Həmin qurumların rəhbər müavinlərinin aylıq vəzifə maaşı isə 3115 manat olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir