Qazax rayonunda 39 yaşlı kişinin meyiti aşkar edilib.
Xəbəraxını xəbər verir ki, hadisə rayonun Kosalar kəndində qeydə alınıb.
1987-ci il təvəllüdlü Saleh Orucovun cəsədi yaşadığı evin bağ sahəsində tapılıb.
Faktla bağlı araşdırma aparılır. Ölümün səbəbi hələlik məlum deyil.
