Məktəbəqədər təhsil müəssisələrində yeni maliyyələşmə modeli çərçivəsində müəyyənləşdirilən özəl bağçalara uşaqların elektron qeydiyyatı başlayacaq.
Valideynlər övladlarını “myGov” platforması üzərindən sentyabrın 14-ü saat 15:00-dan sentyabrın 25-i saat 15:00-dək qeydiyyatdan keçirə biləcəklər.
Yeni maliyyələşmə modelinin 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatəsini genişləndirmək, valideynlərə daha çox seçim imkanı yaratmaq və bu xidmətlərin əlçatanlığını artırmaq məqsədi daşıdığı bildirilib.
Modelin əsas istiqamətlərindən biri də dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir.
