Polşa Ukraynaya hava hücumundan müdafiə sistemlərinin də daxil olduğu 50 milyon avro dəyərində hərbi yardım paketi təqdim edəcək.
Polşanın müdafiə nazirinin müavini Pavel Zalevski bildirib ki, yardım çərçivəsində Ukraynaya 50 milyon avro köçürüləcək.
Onun sözlərinə görə, ayrılacaq vəsait hesabına göstəriləcək hərbi dəstəyin tərkibinə hava hücumundan müdafiə sistemləri də daxil olacaq.
