İsrail Britaniya konsulluğunun fəaliyyətini dayandırmasını tələb edib

İsrail Britaniya konsulluğunun fəaliyyətini dayandırmasını tələb edib

İsrail Şərqi Qüdsdə yerləşən Böyük Britaniya konsulluğuna 30 gün ərzində fəaliyyətini dayandırması barədə bildiriş göndərib.

Bildirişə əsasən, konsulluqda çalışan ezam olunmuş əməkdaşların akkreditasiyası da ləğv ediləcək.

Bundan başqa, ABŞ-nin rəhbərlik etdiyi Qəzzanın bərpası üzrə Koordinasiya Missiyasında fəaliyyət göstərən Britaniya nümayəndələri, həmçinin İordan çayının qərb sahilindəki Ramallah şəhərində çalışan Böyük Britaniya diplomatları İsrail ərazisini 7 gün ərzində tərk etməlidirlər.

Qərarın Böyük Britaniyanın xarici işlər naziri Ed Milibandın İordan çayının qərb sahilində yerləşən İsrail yaşayış məntəqələrindən malların idxalına qadağa qoyulduğunu elan etməsindən sonra qəbul edildiyi bildirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir