Olimpiya çempionumuz Bakıda ilk rəqibini məğlub etdi – Dünya çempionatında uğurlu start

Olimpiya çempionumuz Bakıda ilk rəqibini məğlub etdi – Dünya çempionatında uğurlu start

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Zelim Kotsoyev mübarizəyə qələbə ilə başlayıb. Olimpiya çempionumuz ilk qarşılaşmasında rəqibini üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.

Xəbəraxını xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən Kotsoyev 1/32 final mərhələsində Türkmənistan idmançısı Boymırat Majanovla üz-üzə gəlib.

Görüş Azərbaycan cüdoçusunun üstünlüyü ilə yekunlaşıb. Bununla da Zelim Kotsoyev dünya çempionatında mübarizəsini davam etdirmək hüququ əldə edib.

Qeyd edək ki, yarışın təsnifat görüşlərinə saat 10:30-da start verilib. Medalçıların müəyyənləşəcəyi final bloku isə saat 18:00-da başlayacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir