Azərbaycanda şagirdlərin dərsə davamiyyəti ilə bağlı valideynlərin məsuliyyəti yenidən gündəmə gəlib. Üzrlü səbəb olmadan dərslərə qatılmayan şagirdlərin valideynlərini cərimə gözləyə bilər.
Xəbəraxını xəbər verir ki, İctimai TV-nin yaydığı məlumata görə, şagirdlər bir ay ərzində üzrlü səbəb olmadan 7 gündən artıq dərsdə iştirak etməməlidirlər.
Qanunvericiliyə əsasən, icbari ümumi təhsildən yayınma halında şagirdin valideynləri və ya onları əvəz edən şəxslər 100 manat məbləğində cərimə oluna bilərlər.
Qeyd edək ki, burada söhbət üzrlü səbəblərdən deyil, üzrsüz olaraq dərs buraxmaqdan gedir. Buna görə də valideynlərin övladlarının davamiyyətinə diqqət yetirməsi vacibdir.
