Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı

Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Xəbəraxını xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə Ermənistan təmsilçisi Karen Aslanyanla üz-üzə gəlib. Rəqibinə məğlub olan Məmmədli mundialı ikinci yerdə tamamlayıb.

Bu gün Azərbaycanın digər təmsilçisi Həsrət Cəfərov 67 kiloqram çəki dərəcəsində bürünc medal uğrunda xalça üzərinə çıxacaq.

Qeyd edək ki, dünya çempionatı noyabrın 1-dək davam edəcək. Yarışın əvvəlki günlərində yunan-Roma güləşçilərimiz Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu tituluna yiyələniblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir