Tokayev Türkiyəyə səfər edəcək: Ərdoğanla mühüm danışıqlar aparılacaq

Tokayev Türkiyəyə səfər edəcək: Ərdoğanla mühüm danışıqlar aparılacaq

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev oktyabrın 28-dən 30-dək Türkiyədə rəsmi səfərdə olacaq.

Xəbəraxını xəbər verir ki, bu barədə  Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyarovun sosial şəbəkələrdə yaydığı məlumata istinadən xəbər yayıb.

Bildirilib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində Ankarada iki ölkə liderinin iştirakı ilə genişləndirilmiş strateji tərəfdaşlığın möhkəmləndirilməsi məsələlərinə dair danışıqlar keçiriləcək.

Qasım-Jomart Tokayev, həmçinin Türk Dövlətləri Təşkilatının 13-cü Sammitində iştirak edəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir