Netanyahu Qəzzaya səfər edib

Netanyahu Qəzzaya səfər edib

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına gedib.

Bu barədə İsrail hökumətinin Baş nazirlik ofisi açıqlama yayıb.

Səfər zamanı Netanyahu İsrail hərbçiləri ilə görüşüb. O, həmçinin Ordunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ilə Qəzzadakı vəziyyəti müzakirə edib.

Baş nazir bildirib ki, İsrail hazırda Qəzza zolağının təxminən 60 faizinə nəzarət edir və bu ərazi daha da genişlənəcək.

Netanyahu HƏMAS-a qarşı əməliyyatların davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, bir gün əvvəl İsrail hərbçiləri təşkilatın daxili təhlükəsizlik rəhbərini saxlayıb və bu şəxsdən əldə ediləcək məlumatların ordu üçün əhəmiyyətli olacağı gözlənilir.

O əlavə edib ki, İsrail qüvvələri HƏMAS-ın tərksilah olunması və Qəzzanın demilitarizasiyası istiqamətində fəaliyyətini davam etdirir.

Qeyd edək ki, bundan əvvəl İsrailin 200-dən çox keçmiş yüksəkvəzifəli məmuru, hərbçisi və müxtəlif sahələrin nümayəndəsi Netanyahuya müraciət edərək “yəhudi terrorizmi” və “etnik təmizləmə” hallarının dayandırılmasını tələb edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir