Moskvada 5-ci sinif şagirdi müəlliməyə bıçaqla hücum edib

Moskvada 5-ci sinif şagirdi müəlliməyə bıçaqla hücum edib

Rusiyanın paytaxtı Moskvada 5-ci sinif şagirdi məktəbdə müəlliməyə bıçaqla hücum edib.

Hadisə Ryabinkin adına 1392 nömrəli məktəbdə baş verib. Şagird məktəbin mühafizə əməkdaşları tərəfindən dərhal zərərsizləşdirilib.

Hücum nəticəsində yüngül xəsarət alan müəlliməyə tibbi yardım göstərilib. Onun vəziyyətinin qənaətbəxş olduğu və həyatına təhlükə olmadığı bildirilib.

Məlumata görə, bu, Rusiyada sentyabrın 1-də başlayan yeni tədris ilindən sonra məktəblərdə qeydə alınan üçüncü bıçaqlanma hadisəsidir. Digər iki hadisə Başqırdıstan və Krasnoyarsk diyarında baş verib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir