Bakının bir neçə küçə və yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhdudiyyətlər aşağıdakı əraziləri əhatə edəcək:
- Mikayıl Əliyev küçəsi ilə Kamil Balakişiyev küçəsi arasındakı avtomobil yolunda – 2 sentyabr saat 09:00-dan;
- Kamil Balakişiyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsindən 61 nömrəli məktəbədək olan hissəsində – 2 sentyabr saat 10:00-dan;
- Xətai rayonunun Abdulla Rəhimov küçəsində – 3 sentyabr saat 08:00-dan.
Sürücülərə təmir işləri müddətində alternativ marşrutlardan istifadə etmək və ərazidə quraşdırılacaq müvəqqəti yol nişanlarının tələblərinə əməl etmək tövsiyə olunub.
