Nepalda ölənlərin sayı 360-a çatıb.

Nepalda ölənlərin sayı 360-a çatıb.

Nepalda güclü daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 359 nəfərə yüksəlib. Məlumata görə, təbii fəlakət ölkənin bir sıra bölgələrində ciddi dağıntılara səbəb olub. Yollar və körpülər dağılıb, yaşayış məntəqələri su altında qalıb, bəzi su elektrik stansiyalarına ziyan dəyib.

Fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir. Əlaqənin kəsildiyi ərazilərə xilasedicilərin çatdırılması üçün helikopterlərdən də istifadə olunur. İndiyədək 116 nəfər helikopterlərlə təhlükəsiz ərazilərə təxliyə edilib.

Bildirilir ki, 30-dan çox ölkənin vətəndaşları, o cümlədən ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, İtaliya, Qazaxıstan, Rusiya, Belarus və Ukrayna vətəndaşları arasında itkin düşənlər var.

Daha əvvəl Nepalın Bxote Koşi və Trişuli çaylarında baş verən daşqınlar və ölkənin şimalında qeydə alınan torpaq sürüşmələri nəticəsində yüzlərlə insanın itkin düşdüyü açıqlanmışdı. Xilasetmə qrupları itkinlərin axtarışını davam etdirir.

Nepal ordusu zərərçəkən ərazilərə ərzaq, çadır, dərman və digər zəruri yardım vasitələrinin çatdırılmasına cəlb olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir