Təhsil Naziri Emin Əmirullayev Yardımlıda vətəndaşları qəbul edəcək

Təhsil Naziri Emin Əmirullayev Yardımlıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 18-də Yardımlı şəhərində vətəndaşlarla görüş keçirəcək.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, görüşdə Yardımlı ilə yanaşı, Masallı və Cəlilabad rayonlarının sakinləri də iştirak edə biləcəklər.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar sentyabrın 8-i saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin 146-11 Çağrı Mərkəzinə iş günləri və iş saatlarında zəng etmək mümkündür.

Vətəndaşlar, həmçinin nazirliyin rəsmi saytının “Əlaqə” bölməsi üzərindən elektron formada müraciət göndərə və ya +994 51 206 78 48 nömrəsi vasitəsilə “WhatsApp”dan müraciət edə bilərlər.

Qeyd edək ki, qəbulda iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir