Müdafiə Nazirliyində 1 milyonluq yeyinti iddiası

Müdafiə Nazirliyində 1 milyonluq yeyinti iddiası

Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi, polkovnik Elnur Süleymanov və idarənin daha üç əməkdaşı barəsində cinayət işi başlanılıb.

Məlumata görə, təqsirləndirilən şəxslər dövlət vəsaitindən 1 milyon manatdan artıq məbləğdə mənimsəməyə görə məsuliyyətə cəlb ediliblər.

Cinayət işi üzrə Elnur Süleymanovla yanaşı, bölmə rəisi, polkovnik-leytenant Emin Əliyev, həmçinin idarənin əməkdaşları Məsud İbrahimov və Pərviz Abdullayev istintaqa cəlb olunublar.

Onların hər birinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi – xüsusilə külli miqdarda mənimsəmə ilə bağlı yekun ittiham verilib.

Hazırda təqsirləndirilən şəxslər həbsdə deyillər. Bildirilir ki, dövlətə dəymiş zərər tam şəkildə ödənildiyindən onların barəsində məhkəməyədək alternativ qətimkan tədbiri seçilib.

Qeyd olunur ki, dəymiş ziyanın ödənilməməsi halında təqsirləndirilən şəxsləri 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Elnur Süleymanov daha əvvəl Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun xərcləri ilə bağlı hazırladığı hesabatla gündəmə gəlmişdi.

Həmin hesabatda Süleymanov N.Sadıkov üçün 6 dəst armudu stəkanın alınmasına 21 min manat, hər birinin qiyməti 100 manat olan 80 şüşə çaxıra isə ümumilikdə 8 min manat xərcləndiyini qeyd etmişdi.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir