“Mançester Yunayted” ot örtüyünü satışa çıxardı

“Mançester Yunayted” ot örtüyünü satışa çıxardı

“Mançester Yunayted” azarkeşləri üçün qeyri-adi kolleksiya məhsulu təqdim edib.

“Xəbəraxını” xəbər verir ki, klub əfsanəvi “Old Trafford” stadionunda istifadə olunmuş ot örtüyünün parçalarını xüsusi kolleksiya məhsulu kimi satışa çıxarıb.

Rəsmi klub məhsulu statusunda təqdim olunan ot örtüyünün parçaları şəffaf kub formasında hazırlanmış xüsusi qutuda yerləşdirilib. Məhsulun “Mançester Yunayted” azarkeşləri və kolleksiyaçılar üçün nəzərdə tutulduğu bildirilib.

Qeyri-adi kolleksiya məhsulunun qiyməti 165 dollar təşkil edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir