Kürdəmirdə avtomobil aşıb: 5 nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb: 5 nəfər xəsarət alıb

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Pirli kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, 48 yaşlı Ramil Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobil qəfil idarəetmədən çıxaraq yoldan kənara aşıb.

Qəza nəticəsində avtomobildə olan Pirli kənd sakinləri – 37 yaşlı Maxruq Əliyeva, 16 yaşlı Fatimə Əliyeva, 19 yaşlı Afaq Hüseynova, 47 yaşlı Səidə Hüseynova və sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə ilə bağlı rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir