“Arsenal” – a yeni transfer : gürcü futbolçu Andriya Bartişvili

“Arsenal” – a yeni transfer : gürcü futbolçu Andriya Bartişvili

İngiltərənin “Arsenal” klubu Gürcüstanın U-21 millisinin üzvü Andriya Bartişvilini transfer etməyə hazırlaşır.

17 yaşlı hücumameyilli yarımmüdafiəçinin keçidi ilə bağlı razılaşmanın əldə edildiyi bildirilir. Bartişvili hazırda Gürcüstanın “İberiya 1999” klubunda icarə əsasında çıxış edir. O, əsasən hücumameyilli yarımmüdafiəçi, həmçinin cinah oyunçusu kimi fəaliyyət göstərir.

Məlumata görə, futbolçu gələn həftə İngiltərəyə gedərək tibbi müayinədən keçəcək və “Arsenal”la uzunmüddətli müqavilə imzalayacaq.

Bartişvili 2027-ci il martın 30-da 18 yaşını tamamlayacaq. Bu səbəbdən onun “Arsenal”a keçidi 18 yaşına çatdıqdan sonra rəsmiləşdiriləcək.

Gürcü futbolçu daha əvvəl “Dinamo Tbilisi”nin akademiyasında yetişib, daha sonra “Kolkheti-1913” klubuna keçib. O, Gürcüstanın U-21 millisində də forma geyinir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir